• cümə axşamı, 25 aprel, 13:16
  • Baku Bakı 23°C

Azərbaycan millisinə iki “Beşiktaş”lı gəlir

19.02.15 08:06 1298
Azərbaycan millisinə iki “Beşiktaş”lı gəlir
Türkiyənin “Beşiktaş” klubunun iki futbolçusu Azərbaycan millisinə çağırılıb. Apasport.az saytının məlumatına görə, 16 yaşadək futbolçulardan ibarət yığmamızın bu gün açıqlanan 24 nəfərlik heyətində İstanbul təmsilçisinin üzvləri Metin Güler, Hüseyin Seyliqli də yer alıb.
Ümumilikdə isə fevralın 20-dən 26-dək Türkiyənin Antalya şəhərində hazırlıq keçəcək millimizdə ölkə xaricində çıxış edən 4 oyunçu iştirak edəcək. Türkiyədən dəvət olunanlarla yanaşı, Ukrayna və Almaniyadan da futbolçu cəlb edilib: Asim Abdullazadə (“ Bakı”), Hacı Hacıyev, Məmməd Hüseynov, Süleyman Əhmədov (hamısı “Qarabağ”), Elçin Əsədov, Aslan Bədəlzadə, Bahadur Həziyev, Pilağa Mehdiyev (hamısı “Neftçi”), Tural Əjdərli, Fərid Nəbiyev, Aqşin Hüseynov, Cavidan Qasımlı, Elvin İmanlı (hamısı “Qəbələ”), Mir-Emil Həsənov, Ceyhun Muxtarlı (hər ikisi “İnter”), Boris Babayev (UGİM, Kiyev, Ukraina), Ricat Qarayev (“Əlincə”), Yusif Həsənov, İbrahim Qədirzadə (hər ikisi “Xəzər Lənkəran”), Ərziman Rizvanov, Emin Səfixanov (hər ikisi “Sumqayıt”), Metin Güler, Hüseyin Seyliqli (hər ikisi “Beşiktaş”, Türkiyə), Anil Cilaz (“Ayntraxt”, Frankfurt, Almaniya).
banner

Oxşar Xəbərlər