AZE | RUS | ENG |


Azərbaycan millisinə 24 futbolçu çağırılıb

Azərbaycan millisinə 24 futbolçu çağırılıb
Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsinin son qarşılaşmaları üçün 24 futbolçuya ehtiyac duyub.
 
Komandamız oktyabrın 5-də Bakıda Çexiya, 3 gün sonra Kayzerslauterndə Almaniya ilə qarşılaşacaq.
 
Xorvatiyalı mütəxəssis sentyabrda keçirilən seçmə oyunlara dəvət etdiyi heyətdə cüzi dəyişikliklər edib. Zədəli Səlahət Ağayevi Emil Balayevlə əvəzləyən Prosineçki Ağabala Ramazanova da "24-lük”də yer verməyib.
 
Qapıçılar: Kamran Ağayev ("Mlada Boleslav”, Çexiya), Anar Nəzirov  ("Zirə”), Emil Balayev ("Səbaıl”);
 
Müdafiəçilər: Tərlan Quliyev ("İnter”), Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev (hamısı "Qarabağ”), Pavel Paşayev ("Aleksandriya”, Ukrayna), Məhəmməd Mirzəbəyəv, Ruslan Abışov (hər ikisi "Neftçi”), Ürfan Abbasov ("Qəbələ”);
 
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev, Qara Qarayev, Mahir Mədətov, Əfran İsmaylov, Riçard Almeyda (hamısı "Qarabağ”), Dmitri Nazarov ("Aue”, Almanya), Təmkin Xəlilzadə ("Zirə”), Cavid Hüseynov ("  Qəbələ”), Araz Abdullayev ("Anortosis”, Kipr) Namiq Ələsgərov ("Neftçi”);
 
Hücumçular: Ruslan Qurbanov ("Qəbələ”), Ramil Şeydayev ("Qarabağ”), Renat Dadaşov ("Ayntraxt”, Almanya).

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6695
GBP 1 İngilis funt sterlinqi 2.2668
TRY 1 Türk lirəsi 0.4402
KWD 1 Küveyt dinarı 5.6288
SEK 1 İsveç kronu 0.2003
EUR 1 Avro 1.9994
CHF 1 İsveçrə frankı 1.7164
USD 1 ABŞ dolları 1.7001