• çərşənbə axşamı, 23 aprel, 11:12
  • Baku Bakı 20°C

Azərbaycan millisindən sıçrayış

12.09.13 17:16 1441
Azərbaycan millisindən sıçrayış
FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 8 pillə irəliləyib.
Hazırda aktivində 315 xal olan millimiz 107-ci pillədədir.
Komandamızın sıçrayışına avqustun 14-də yoldaşlıq görüşündə Malta üzərində 3:0 hesablı qələbə və sentyabrın 7-də 2014-cü il dünya çempionatının seçmə qrup matçında İsraillə səfər heç-heçəsi olub – 1:1.
Millimizin qrupdakı rəqiblərindən 4 pillə geriləyən Portuqaliya 1029 xalla 11-cidir. Rusiya 1 pillə irəliləyib və 968 xalla 15-ci olub. İsrail isə qələbəsiz qaldığı son oyunlardan sonra 6 pillə geriləyərək, 522 xalla 69-cu mövqeyə enib. Şimali İrlandiya inanılmaz sıçrayışa nail olub. Britaniyalılar 23 pillə irəliləyib və 431 xalla 86-cı olub. Nəhayət, 14 pillə irəliləyən Lüksemburq 247 xalla 126-cı mövqeyə yüksəlib.
Siyahıya yenə 1514 xalla İspaniya başçılıq edir. 2 pillə irəliləyən Argentina 1263 xalla 2-ci, 1 pillə geriləyən Almaniya 1261 xalla 3-cüdür. Türkiyə isə 9 pillə irəliləyərək, 613 xalla 49-cu mövqedə qərarlaşıb.
banner

Oxşar Xəbərlər