• cümə axşamı, 18 aprel, 09:44
  • Baku Bakı 12°C

Azərbaycan millisi mundiala Kuba ilə birgə hazırlaşacaq

27.10.16 15:47 879
Azərbaycan millisi mundiala Kuba ilə birgə hazırlaşacaq
Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisinin Rusiyada keçiriləcək dünya çempionatına hazırlıq planı məlum olub. Apasport.az saytının məlumatına görə, yığmamız Sankt-Peterbuqdakı yarışın təlim-məşq toplanışını təşkilatçı şəhərdə keçirəcək.

Burada komandamız mundailadakı rəqibləri ilə birgə hazırlaşacaq. Belə ki, Kuba, Rusiya, Cənubi Koreya, Bolqarıstan və Özbəkistanla birgə toplanış təşkil olunacaq.

Qeyd edək ki, birincilik noyabrın 17-26-da keçiriləcək. Təlim-məşq toplanışı isə ayın əvvəlində start götürəcək.
banner

Oxşar Xəbərlər