• cümə axşamı, 25 aprel, 12:26
  • Baku Bakı 23°C

Azərbaycan millisi Moldova ilə yoxlama oyunu keçirəcək

17.03.21 17:00 1382
Azərbaycan millisi Moldova ilə yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, yığmamız Moldova ilə qarşılaşacaq.
Canni de Byazinin kollektivi iyunun 5-də Kişinyovda adıçəkilən komandanın qonağı olacaq. Bu isə millimizin bu il keçirəcəyi 3-cü yoldaşlıq görüşü olacaq. Çünki komandamız mayın 28-də Alanyada Türkiyə, iyunun 2-də isə Minskdə Belarusla üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan yığması bu ay DÇ-2022-nin seçmə mərhələsinə start verəcək. İlk oyun martın 24-də Turin şəhərində Portuqaliyaya qarşı olacaq.
banner

Oxşar Xəbərlər