• cümə axşamı, 28 mart, 19:46
  • Baku Bakı 13°C

Azərbaycan millisi Makedoniya ilə yoldaşlıq görüşünə itki ilə çıxacaq

26.03.18 20:00 664
Azərbaycan millisi Makedoniya ilə yoldaşlıq görüşünə itki ilə çıxacaq
Azərbaycan milli komandası Makedoniya yığması ilə martın 27-də Türkiyənin Antalya bölgəsində keçirəcəyi yoldaşlıq görüşü ərəfəsində futbolçu itkisi ilə üzləşib.
Millinin mətbuat xidmətindən "Report"a verilən məlumatına görə, Ukrayna "Aleksandriya"sından dəvət olunmuş Pavel Paşayev zədələnib. 30 yaşlı müdafiəçi martın 23-də Belarusla qarşılaşmada ayağından xəsarət alıb. Nəticədə o, 46-cı dəqiqədə yerini digər legioner Dmitri Nazarova verib. Paşayev hazırda millinin düşərgəsində olsa da, sabahkı matçda çıxış etməyəcək.
Qeyd edək ki, "Mardan" stadionunda keçiriləcək Azərbaycan - Makedoniya matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

banner

Oxşar Xəbərlər