• çərşənbə, 24 Aprel, 18:29
  • Baku Bakı 23°C

Azərbaycan millisi FİFA reytinqində 5 pillə geriləyib

16.04.21 14:45 722
Azərbaycan millisi FİFA reytinqində 5 pillə geriləyib
Qadınlardan ibarət milli komandaların FİFA reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 1320,61 xalla dünyanın 77-ci komandasıdır.
Millimiz sonuncu dəfə ötən ilin dekabrında açıqlanan reytinq cədvəli ilə müqayisədə 5 pillə geriləyib. Bu müddətdə komandamız 1,61 xal itirib.
Yığmamızın geriləməsinə 5 komanda – KXDR, İordaniya, İran, Peru və Ekvatorial Qvineyanın siyahıya dönməsi səbəb olub. Aktiv fəaliyyətdə olmadıqları üçün cədvəldən kənarlaşdırılan "beşlik” yenidən siyahıya daxil edilib.
Futbolçularımız hesabat dövründə iki oyun keçirib. Avropa çempionatının seçmə görüşlərində İspaniyaya 0:13 hesabı ilə uduzan komandamız sonra Moldovanı yenib – 1:0.
Qeyd edək ki, reytinqə ABŞ (2200,39), Almaniya (2089,23) və Niderland (2038,61) yığmaları başçılıq edir.

banner

Oxşar Xəbərlər