• cümə axşamı, 28 mart, 17:35
  • Baku Bakı 16°C

Azərbaycan millisi AVRO-2020 son ev oyununu Uelsə qarşı keçirəcək

16.11.19 13:30 1570
Azərbaycan millisi AVRO-2020 son ev oyununu Uelsə qarşı keçirəcək
Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək.
APA-nın məlumatına görə, Nikola Yurçeviçin baş məşqçisi olduğu milli AVRO-2020-nin seçmə mərhələsində Uelsə qarşılaşacaq.
Bakıda keçiriləcək matç yığmanın tsikldəki son ev oyunu olacaq. Bu matçın nəticəsindən asılı olmayaraq, sonuncu yeri tutduğu rəsmiləşən yığma ilk qələbə üçün mübarizə aparacaq.
Əvvəlki 6 qarşılaşmada cəmi 1 xal əldə edən N.Yurçeviçin yetirmələri azarkeşlərinə təsəlli kimi uğurlu nəticə bəxş etmək əzmindədir. Qonaqlar üçün də matçın dəyəri yüksəkdir.
Rayan Giqqzin yetirmələri Bakıda xal itirsələr, final mərhələsi şansları qalmayacaq. Bu səbəbdən uelslilər indiyədək uduzmadığı komandamızı yenmək üçün var qüvvəsini meydanda qoyacaq.
Qeyd edək ki, matç saat 21:00-da başlayacaq.
AVRO-2020-nin seçmə mərhələsi
IX tur
16 noyabr
E qrupu
21:00. Azərbaycan – Uels
Hakimlər:Dəniz Aytekin, Eduard Beitinger, Rafael Foltin, Kristian Dingert (hamısı Almaniya)
Bakı. "Bakcell Arena” stadionu
banner

Oxşar Xəbərlər