• cümə axşamı, 25 aprel, 16:41
  • Baku Bakı 23°C

Azərbaycan Milli Pavilyonu beynəlxalq sərginin ən yaxşısı seçilib

11.04.19 20:46 552
Azərbaycan Milli Pavilyonu beynəlxalq sərginin ən yaxşısı seçilib
Minskdə keçirilən "TİBO-2019” sərgi-forumunda ölkəmizi təmsil edən Milli Pavilyon "Ən Yaxşı Stend” kimi təltif edilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, pavilyonda nazirliyin tabeliyində fəaliyyət göstərən "Aztelekom”, "Baktelekom”, Dövlət Radiotezliklər İdarəsi, Məlumat Hesablama Mərkəzi, "AzInTelecom”, "Azərmarka”, Yüksək Texnologiyalar Parkı, eləcə də, "Azercell” və "Delta Telekom” şirkətləri İKT sahəsinə dair xidmət və məhsullarını təqdim edirlər.
Ölkəmiz 7 ildir ki, bu sərgi-forumda Milli Pavilyonla təmsil olunur.
Qeyd edək ki, "TIBO" Müstəqil Dövlətlər Birliyi və Baltikyanı ölkələrin ən böyük İKT tədbirlərindən biridir.
banner

Oxşar Xəbərlər