• cümə axşamı, 28 mart, 20:15
  • Baku Bakı 13°C

Azərbaycan milli komandasının futbolçusu "Tottenhem"ə keçməyə yaxındır

06.02.17 11:30 1063
Azərbaycan milli komandasının futbolçusu "Tottenhem"ə keçməyə yaxındır
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Ozancan Kökçü İngiltərənin "Tottenhem" klubuna transfer oluna bilər. "Report"un məlumatına görə, bu barədə18 yaşlı yarımmüdafiəçinin meneceri Muzzi Özcan İngiltərə mətubuatına açıqlamasında bildirib.
Menecer deyib ki, digər komandalarla müqayisədə, ən real təklif London təmsilçisindən gəlib:"İngiltərənin "Everton" və Almaniyanın bir neçə klubu da Ozancanla təmasda olub. Ən ciddi təklif isə "Tottenhem"dəndir. Qarşıdakı həftələrdə məsələyə aydınlıq gələcək".
Qeyd edək ki, Hollandiyanın "Feyenoord" klubunda çıxış edən Kökçü bu ilin yanvarında AzərbaycanınU-21 yığması ilə TürkiyəninAntalya bölgəsində təlim-məşqtoplanışında olub. Lakin futbolçu hansı ölkənin əsas yığmasında oynayacağına dair yekun qərar verməyib. O, Azərbyacan, Türkiyə və Hollandiya yığmaları arasında seçim edir.
banner

Oxşar Xəbərlər