• cümə, 19 Aprel, 16:50
  • Baku Bakı 25°C

Azərbaycan milli komandası rekord vurdu

09.09.13 13:50 2731
Azərbaycan milli komandası rekord vurdu
Azərbaycan milli komandası DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri İsraillə Ramat-Qanda heç-heçə (1:1) etməklə tsikldə 5-ci bərabərliyini əldə edib.
Bununla da yığmamız qitənin ən sülhsevər komandası olub. Belə ki, Avropada 5 heç-heçə edən 2-ci komanda yoxdur. Bərabərlik sayındakı ən yaxın izləyicimiz Bolqarıstan və Polşa 4 dəfə meydanı 1 xalla tərk edib.
banner

Oxşar Xəbərlər