• cümə, 29 Mart, 03:30
  • Baku Bakı 7°C

Azərbaycan Millətlər Liqasında ilk oyununa çıxır

07.09.18 10:50 604
Azərbaycan Millətlər Liqasında ilk oyununa çıxır
Futbol üzrə Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında ilk matçına çıxacaq.
Kaspi.az xəbər verir ki, D Liqasının 3-cü qrupunda yer alan milli komandamız ilk sınağında doğma meydanda Kosovo ilə üz-üzə gələcək. Bakı Olimpiya Stadionunda baş tutacaq oyun həm də Qurban Qurbanovun millimizin baş məşqçisi postunda ilk rəsmi sınağı olacaq.
Komandamız qrupun əsas favoritlərindən biri hesab olunan Kosovo ilə görüşdə qələbə qazanmağa çalışacaq. Əks halda yığmamızın qrup birinciliyi şansları azala bilər.
UEFA Millətlər Liqası
D Liqası, 3-cü qrup
7 sentyabr
20:00. Azərbaycan - Kosovo
Hakimlər: Ola Hobber Nilsen, Tom Harald Qronevik, Geir Oskar İsaksen, Simon Ytterland
Əlavə köməkçi hakimlər: Espen Eskas, Tom Harald Hagen (Hamısı Norveç).
Bakı Olimpiya Stadionu.
banner

Oxşar Xəbərlər