Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
Yanvarda ölkədən 43 milyon 429 min ABŞ dolları dəyərində 47 min 393 ton meyvə-tərəvəz ixrac olunub.
Dövlət Gömrük KomitəsindənAZƏRTAC-a bildirilib ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 8,5 milyon dollar və 13 min 453 ton çoxdur.
Keçən ay meyvə-tərəvəz ixracının ölkənin ümumi ixracındakı payı 3,39 faiz təşkil edib.