• şənbə, 27 Aprel, 02:30
  • Baku Bakı 14°C

Azərbaycan-Meksika münasibətləri müzakirə olunub

04.07.14 13:29 1283
Azərbaycan-Meksika münasibətləri müzakirə olunub
Meksikanın paytaxtı Mexiko şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 27-ci iclası keçirilib. Konfransda ölkəmiz mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsü üzrə hökumət komissiyasının sədri, təşəbbüsün idarə heyətinin üzvü, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov təmsil edib. Səfirliyin mətbuat xidmətindən “Kaspi” qəzetinə verilən məlumatda bildirilir ki, Mexikoya səfəri zamanı Ş. Mövsümov, həmçinin Meksika Senatının üzvləri ilə görüş keçirib. İşçi nahar zamanı keçirilən görüşdə Azərbaycan-Meksika münasibətlərinin inkişaf perspektivləri və xüsusilə enerji sahəsində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ölkə iqtisadiyyatının enerji sektorunda islahatların nəzərdə tutulduğunu diqqətə çatdıran meksikalı senatorlar, bu sahədə Azərbaycan və xüsusilə AR Dövlət Neft Şirkəti və Dövlət Neft Fondunun təcrübəsinin öyrənilməsinə böyük maraq göstərib.
Görüşdə Azərbaycanda neft-qaz sənayesinin inkişafı və beynəlxalq əməkdaşlıq təcrübəsi, həmçinin ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Dövlət Neft Fondunun ölkəmizdə mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın tətbiq edilməsi sahəsində nailiyyətləri bərədə senatorlara ətraflı məlumat verilib.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər