• çərşənbə, 24 Aprel, 23:38
  • Baku Bakı 23°C

Azərbaycan məhsulları Berlində nümayiş olunur

07.02.18 17:54 998
Azərbaycan məhsulları Berlində nümayiş olunur
Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində "Fruit Logistica" meyvə-tərəvəz sərgisi öz işinə başlayıb.

İqtisadiyyat Nazirliyindən "APA-Economics”ə verilən məlumata görə, fevralın 9-dək davam edəcək sərgidə dünyanın 80-dan çox ölkəsindən olan 3000-dən çox şirkətin məhsulları nümayiş olunur.

Sərginin Azərbaycana aid pavilyonunda Azərbaycan şirkətlərinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları vahid ölkə stendi ilə sərginin ziyarətçilərinə təqdim edilir.

Qeyd edək ki, "Fruit Logistica" Sərgisinin virtual kataloqlarında, meqa-bordlarında, bannerlərində Azərbaycan barədə məlumatlar yerləşdirilib. Bundan başqa, Sərgidə "Made in Azerbaijan" brendinin reklam çarxları nümayiş olunur, ziyarətçilərə müxtəlif çap materialları paylanılır.
banner

Oxşar Xəbərlər