Azərbaycan mədəniyyətinə dair veriliş Özbəkistan telekanalında - Fotolar
Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın "Məhəllə” telekanalı
bu ölkəmizin mədəniyyəti, incəsənəti, mətbəxi, adət-ənənələrinə dair geniş
veriliş hazırlayıb.
Azərbaycan
Mədəniyyət Mərkəzindən verilən məlumata görə dünya xalqlarının tarixi və
mədəniyyəti seriyasında hazırlanan verilişdə Azərbaycan xalqının qədim tarixi,
zəngin mədəniyyəti, adət-ənənələri, mətbəxi, musiqi-rəqs sənəti öz əksini tapıb.
Verilişdə
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru
Samir Abbasov Mərkəzin fəaliyyəti, iki xalq arasında dostluq əlaqələrinin
inkişafı istiqamətində həyata keçirilən layihələr, milli mədəniyyətimiz, habelə
ölkəmizin son illər əldə etdiyi nailiyyətlərə dair müsahibəsi öz əksini tapıb.
Azərbaycan
Mədəniyyət Mərkəzinin "Azərbaycan tarixi və dövlətçiliyi” muzeyində Azərbaycan
tarixinin ən qədim dövrdən müasir dövrə qədər əhatə edən eksponatlar,
xəritələr, tarixi abidələrin maketləri
verilişdə xüsusi işıqlandırılıb, milli
musiqi alətlərimız haqqında geniş məlumatlar öz əksini tapıb.
Verilişdə
vurğulanıb ki, hər birxalqın
mədəniirsi onun milli sərvəti, tarixi və bugünüdür.Azərbaycan
mədəniyyətinin zənginliyini və xalqımızın qədimliyini, bacarıq və ənənələrini nümayiş etdirən xalça
sənətinə verilişdə xüsusi yer ayrılıb. Belə ki, Mərkəzin "Odlar yurdunun
naxışları” adlı xalça muzeyində sərgilənən
tarixi Azərbaycan xalçaları – Qarabağ, Şirvan, Quba, Naxçıvan, İrəvan və
s. haqqında geniş məlumat verilmiş və qeyd olunmuşdur ki, xalçaçılıq
Azərbaycanda firavanlıq simvolu və ən
qədim sənət sahələrindən biridir.
Müəllif qeyd edir ki, Azərbaycanda hadisəni tərənnüm etmək
üçün xüsusi xalça toxumaq ənənəsi vardır: uşağın doğulması münasibətilə toxunan
xalça, gələcək gəlinlərin cehizlik üçün toxunan xalçalar, toy yaxud yas
mərasimləri üçün toxunan xalçalar. Hər regionun özünəməxsus xalça toxuma üsulu
və ornamentlərinin mövcudluğunu qeyd edən müəllif bunların bir-birindən
fərqləndiyini xüsusi diqqətə çatdırır.
Ekran
əsərində Azərbaycan milli rəqs sənəti haqqında geniş məlumat verilir və onların
yaranması, formalaşmasını uzun əsrlər
boyu davam etdiyi qeyd olunur. Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs dərnəyi – "Azərbaycan qızları” rəqs
ansamblının "Uzundərə”, "Mirzəyi”,
"Xançobanı”, "Nəlbəki” və s. milli rəqslərimiz ifası nümayış etdirilir, rəqs ansamblın rəhbəri, Azərbaycanın
əməkdar artisti Kökəb Əliyevanın milli
rəqslərimizlə bağlı fikirləri, ansamblın yaranması, fəaliyyəti haqqında
müsahibəsi verilişdə öz əksini tapıb.
Mədəniyyət Mərkəzinin
foyesində açıq yaradılmış "Azərbaycan milli libasları” stendi verilişdə
nümayiş etdirilərək, ölkəmizin mədəni inkişafının xüsusiyyətlərini əks etdirən
geyim mədəniyyəti haqqında məlumatlar işıqlandırılır.
Müəllif
verilişdə qeyd edir ki, hər bir milləti dünyada tanıdan və digər xalqlardan
fərqləndirən onun adət-ənənələridir. Ekran işində Azərbaycan xalqının adət və ənənələrindən
söhbət açılır, dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqının özünün zəngin adət və ənənələrinin həmişə
diqqət cəlb etdiyini qeyd edilir.
Qeyd edək
ki, Novruz bayramı zamanı icra edilən
ənənələr, bayram süfrəsinin
hazırlanması, Azərbaycanda keçirilən toy
şənlikləri zamanı icra olunan qədim və zəngin adətlər barədə Mərkəzin əməkdaşı
Salama Fətəliyeva geniş məlumat verib.
Verilişdə
Azərbaycan xalqının çay mədəniyyəti, çay dəstgahına xüsusi bölmə ayrılıb. Azərbaycanda
illər boyu özünəməxsus çay mədəniyyətinin formalaşdığını qeyd edən
aparıcı Mədəniyyət Mərkəzində canlı olaraq hazırlanan çay süfrəsini nümayiş
etdirib. Mədəniyyət Mərkəzinin foyesində
təşkil edilmiş çay süfrəsi verilişdə geniş işıqlandırılımış, burada milli
libasda qonaq olan qızlara Azərbaycan çayının necə dəmlənməsi, qonaqlara armudu
stəkanlarda, müxtəlif şirniyyat və
mürəbbələrlə təqdim olunması nümayiş
olunub.
Milli
mədəniyyətimizin ayrılmaz hissəsi olan Azərbaycan mətbəxi – mətbəx
mədəniyyətini, onun tarixi, adətləri, süfrə psixilogiyası ekran işində xüsusi
yer tutub.
Azərbaycan
milli mətbəxi ən qədim, zəngin, dadlı mətbəxlərindən biri olduğunu qeyd edən
müəllif, milli mətbəximizin zənginliyini qeyd edib və mətbəximizə aid 2000-dən
çox xörək növünün olduğunu bildirib.
Mərkəzin
mətbəxində milli yemək növlərindən danışılıb və canlı olaraq Azərbaycan
yeməklərinin şahı – dolmanın hazırlanma prosesi nümayiş etdirilib. Azərbaycanda
ən çox sevilən, bayramlarda, şənliklərdə, gündəlik həyatda tez-tez hazırlanan
yarpaq dolmasının bükülməsi,
bişirilməsi, onun texnologiyası ətraflı göstərilib və sonda, onun
süfrəyə hansı nemətlərlə birgə təqdim olunması böyük maraqla işıqlandırılıb.
Qeyd edək
ki, verilişə Özbəkistanda böyük maraq yaradıb və tanınmış "Məhəllə”
telekanalında iki dəfə nümayiş etdirilib.