• çərşənbə axşamı, 23 aprel, 12:18
  • Baku Bakı 24°C

Azərbaycan manatı bahalaşır

29.04.15 05:15 935
Azərbaycan manatı bahalaşır
Bu gün aprelin 28-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) aprelin 29-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04% ucuzlaşaraq 1,0494 manata düşüb.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0091 manat və ya 0,8% bahalaşaraq 1,1510 manat olub.
banner

Oxşar Xəbərlər