AZE | RUS | ENG |

Azərbaycan Livana fındıq tədarük edəcək

Azərbaycan Livana fındıq tədarük edəcək
Livan Azərbaycandan fındıq idxal edən ölkələr siyahısına daxil olub.
Bunu Trend-ə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.
İ.Orucovun sözlərinə görə, hazırda məhsul 20-dən çox ölkəyə ixrac olunur:

"2018-ci ildə fındıq daha çox Rusiyaya ixrac olunub. Bundan başqa, Avropa da Azərbaycan fındığının mühüm istehlakçısıdır. Gözlədiyimiz kimi, 2018-ci ildə fındıq istehsalı artsa da, türk lirəsinin dollara nisbətdə ucuzlaşması Azərbaycandan fındıq ixracının azalmasına səbəb oldu. Türkiyəli ixracatçılar tərəfindən fındığın daha aşağı qiymətlərlə təklif olunması, Azərbaycan məhsulunun rəqabətqabiliyyətliliyini azaltdı”.
Assosiasiya sədri bildirib ki, 2017-ci ilin son rübündə 14,5 min ton fındıq istehsal olunmuşdusa, 2018-ci ilin həmin dövründə ixracat həcmi 40 faizdən çox azalıb.



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219