• cümə, 29 Mart, 16:30
  • Baku Bakı 14°C

Azərbaycan kubokunun 1/8 finalçıları məlum oldu

23.10.13 16:58 1246
Azərbaycan kubokunun 1/8 finalçıları məlum oldu
Bu gün Azərbaycan kubokunun 1/16 final mərhələsinin daha iki oyunu başa çatıb. Trend-in məlumatına görə, "Şuşa" və "Mil-Muğan" müvafiq olaraq "Şahdağ" və "Lokomotiv"i 4-2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəliblər.
1/8 finalda "Şuşa" səfərdə "İnter"lə, "Mil-Muğan" isə doğma arenada "Qəbələ" ilə qarşılaşacaq. Bu mərhələnin son oyunu oktyabrın 30-da "Araz Naxçıvan" və "Ağsu" komandaları arasında keçiriləcək.
Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları dekabrın 4-də baş tutacaq:
1/16 final, 23 oktyabr
1. "Şuşa" 4-2 "Şahdağ"
2. MOİK 1-3 "Qaradağ Lökbatan"
3. "Mil-Muğan" 4-2 "Lokomotiv"
30 oktyabr
4. "Araz Naxçıvan" - "Ağsu"
1/8 final, 4 dekabr
5. "İnter" - "Şuşa"
6. "Neftçi" - "Kəpəz"
7. "Qaradağ Lökbatan" - "Rəvan"
8. "Bakı" - "Sumqayıt"
9. "Mil-Muğan" - "Qəbələ"
10. "Qarabağ" - AZAL
11. 4-cü cütün qalibi - "Simurq"
12. "Xəzər Lənkəran" - "Neftçala"
banner

Oxşar Xəbərlər