• cümə axşamı, 25 aprel, 13:19
  • Baku Bakı 23°C

Azərbaycan kubokunu “Keşlə” qazandı

29.05.18 10:35 604
Azərbaycan kubokunu “Keşlə” qazandı
Mayın 28-də Azərbaycan kubokunun final oyunu keçirilib.
Kaspi.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matçda "Qəbələ” və "Keşlə” üz-üzə gəlib. Hər iki komanda indiyə qədər ölkə kubokuna sahib olmamışdı. "Qəbələ” iki dəfə, "Keşlə” isə ("İnter” adı altında) 4 dəfə həlledici matça vəsiqə qazansa da, kuboka yiyələnə bilməmişdi.
Cümhuriyyətimizin 100 illik yubileyi günündə keçirilən qarşılaşma Azərbaycandan növbəti avrokubok mövsümünə qatılacaq sonuncu komandanın adına aydınlıq gəlməsi baxımından da əhəmiyyətli idi. "Keşlə” bu matçdan qalib ayrılsa, ölkəmizin növbəti avrokubok mövsümündəki son iştirakçısı olacaqdı. Əks halda isə bu "bilet” ölkə çempionatını 4-cü pillədə başa vurmuş "Zirə”yə qismət olacaqdı.
Qarşılaşmanın taleyini bir qol həll edib. Pərdis Fərcad-Azadın ikinci hissədə vurduğu qol "Keşlə"yə həm Azərbaycan Kubokunu, həm də Avropa Liqasına vəsiqəni qazandırıb.
banner

Oxşar Xəbərlər