• şənbə, 20 Aprel, 13:57
  • Baku Bakı 23°C

Azərbaycan-Kosovo oyununun biletləri satışa çıxarılıb

21.08.18 12:45 1063
Azərbaycan-Kosovo oyununun biletləri satışa çıxarılıb
Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı ilk oyununun biletləri satışa çıxarılıb.
AZƏRTACAFFA-nın saytına istinadla xəbər verir ki, azarkeşlər sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığmasına qarşı keçiriləcək matçın biletlərini bu gündən etibarən əldə edə bilərlər.
Üç kateqoriya üzrə təklif olunan biletlərin qiyməti 2-5 manat, VIP yerlər üçün isə 10 manatdır.
Bu oyuna bilet alan hər bir azarkeş Azərbaycan – Malta (14 oktyabr) və Azərbaycan – Farer adaları (17 noyabr) oyunlarının biletinə 50 faiz endirim əldə edə bilər. Endirim yalnız eyni dəyərli biletə ilk biletin alışı vaxtı tətbiq edilir (endirimlər "Sky Box” biletlərinə şamil olunmur).
Azərbaycan – Kosovo oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
banner

Oxşar Xəbərlər