• cümə axşamı, 18 aprel, 22:00
  • Baku Bakı 21°C

Azərbaycan-Koreya Dostluq konserti keçirildi

10.01.20 21:00 1417
Azərbaycan-Koreya Dostluq konserti keçirildi
Koreya Respublikasının Azərbaycandakı səfirliyi bu gün Müslüm Maqomayev adına Azərbaycan Akademik Filarmoniyasında "Azərbaycan- Koreya Dostluq Konserti” təşkil edib. Konsertdə Azərbaycan ictimaiyyət nümayəndələri, diplomatik korpusun nümayəndələri və adi vətəndaşların da iştirakı ilə, 500-dən çox dinləyici iştirak edib.
Kaspi.azxəbər verir ki, konsertdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayəti ilə Koreyalı məşhur violençel ifaçısı xanım Ryo Meehae çıxış edib. Konsertin drijorlu isə Yalçın Adıgözəlov olub.
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Koreya əsəri olan "Vətən Baharı” ifası dinləyicilərin zövqünü oxşadı. Koreyalı musiqiçi Ryo Meehae-nin Simfonik Orkestr ilə birgə ifa etdiyi "Rokoko Mövzusunda Variasiya” isə violonçelin gözəl sədası altında izləyicilərə çatdırılıb. İfa izləyicilər tərəfindən gurultulu alqışlarla müşayit olunub.

Qeyd edək ki, Cənubi Koreyalı violençel ifaçısı xanım Ryo Meehae beynəlxalq konkruslarda müsif olmaqla yanaşı Avropada aktiv şəkildə musiqi fəaliyyəti ilə məşğul olan, Koreya Respublikasının dünyaca məşhur seçilən və sevilən musiqiçisidir.



banner

Oxşar Xəbərlər