• şənbə, 27 Aprel, 00:24
  • Baku Bakı 14°C

Azərbaycan komandası Rusiyada festivalda qalib gəlib

14.08.17 19:45 1172
Azərbaycan komandası Rusiyada festivalda qalib gəlib
Ötən həftənin şənbə günü Rusiyanın Kostroma şəhərinin yubileyi şərəfinə həsr olunan Volqa çayı akvatoriyasında "Gümüş qayıq" adlı ənənəvi pirotexnika incəsənət müsabiqəsi festivalı keçirilib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, festivalda Rusiyanın müxtəlif regionlarından 3 komanda və Bakının "Böyük bayram" komandası iştirak edib.
Şəhərin 865, "Qızıl halqa"nın 50 illiyinə və "Ekologiya ili"nə həsr olunan bayram tədbirinə minlərlə qonaq tamaşa edib.
Təşkilatçılar bu il yarışın qalibi adına kompozisiyasını "Mavi əbədiyyət" adı ilə təqdim edən Bakı komandasının daha layiq olduğu qənaətinə gəlib
banner

Oxşar Xəbərlər