• cümə, 29 Mart, 02:47
  • Baku Bakı 7°C

Azərbaycan klubunun yeni baş məşqçisi məlum oldu

13.06.13 11:22 1629
Azərbaycan klubunun yeni baş məşqçisi məlum oldu
“Sumqayıt” klubunu 2013/14 mövsümündə Aqil Məmmədov çalışdıracaq. Klubdaxili iclasdan sonra 41 yaşlı çalışdırıcı ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Aqil Məmmədov 2011/12 mövsümündə “Sumqayıt” FK-da futbolçu kimi çıxış edib. Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi 2012-ci ilin yanvarında karyerasını rəsmən bitirib və əvəzedici komandaya köməkçi məşqçi təyin olunub. Sumqayıt şəhərində anadan olan və Sumqayıt futbol məktəbinin yetirməsi olan Məmmədov 2012/13 mövsümündə isə əsas komandada Bernhard Raabın köməkçisi olub.
banner

Oxşar Xəbərlər