AZE | RUS | ENG |

Azərbaycan klubunun baş məşqçisini qovdular

Azərbaycan klubunun baş məşqçisini qovdular
“İqtisadçı” daha bir qeyri-adi addımı ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, həmişə mövsümün gedişində öndə olub, sonda mükafatçılar sırasını tərk edən və ya bürünc medal qazanan universitet komandası mövsümdə ikinci dəfə baş məşqçisini qovub. Bakı təmsilçisi türkiyəli Bülənt Karslıoğlunun ardınca tailandlı Kiattiponq Radçataqriaqkraya da qapını göstərib. Onun klubdan kənarlaşdırılmasında “İqtisadçı”nın zəif çıxışı, xüsusilə, 1 tur əvvəl “Lokomotiv”ə 2:3 hesablı məğlubiyyəti əsas rol oynayıb. Çünki asiyalı komandanı qəbul edərkən birinci yerdə olduğu halda, klub hazırda 3-cü pilləyə enib. Qarşıda onları liderlərlə çətin oyun gözlədiyindən isə bu yeri də qoruması heç də asan olmayacaq. Artıq Radçataqriaqkranı ölkəsinə göndərən “İqtisadçı” rəhbərliyi ona əvəzləyici də tapıb. Komandanı son 5 oyuna Büləntlə tailandlının köməkçisi olan Fərid Cəlalov çıxaracaq. Yığmamızın 26 yaşlı sabiq kapitanının ilk sınağı isə bu günə təsadüf edəcək. “İqtisadçı” saat 15:00-da autsayder “Lokomotiv Biləcəri” ilə oynayacaq. Qeyd edək ki, universitet komandası son mövsümü də titulsuz başa vurmuşdu.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311