• cümə axşamı, 18 aprel, 19:30
  • Baku Bakı 21°C

Azərbaycan klubunun 250 min avroluq təklifindən imtina edilib

19.02.14 11:29 1147
Azərbaycan klubunun 250 min avroluq təklifindən imtina edilib
Azerisport.az xəbər verir ki, 29 yaşı futbolçuya görə 250 min avro və üstəlik əla bir müqavilə təklif edilmişdi.
Ancaq “AEL Kalloni”nin rəhbəri Nikos Mixalakis son anda futbolçunu satmaqdan imtina edib. Boss bunu futbolçunun komandanın əsas hissəsi olduğunu və mövsümümün sonuna qədər gərəkli olması ilə izah edib. Leozinyonun bu mövsüm başa çatdıqdan sonra adı bu razılaşmada hallanmayan Azərbaycan klubunun düşərgəsinə keçəcəyi ehtimal edilir.
(Yunanıstan KİV-i)
Xatırladaq ki, bir qədər əvvəl 37 min avro aylıq ödənişlə futbolçuya oxşar maraq haqda məlumat yayılmışdı. Əlavə edək ki, Leozinyo Braziliyanın “Vasko da Qama”, Yunanıstanın “Olimpiakos” və Almaniyanın “Ayntraxt” (Braunşveyq) klublarında çıxış edib.
banner

Oxşar Xəbərlər