• cümə, 29 Mart, 11:50
  • Baku Bakı 5°C

Azərbaycan klubunda amerikalı

16.12.13 09:16 1263
Azərbaycan klubunda amerikalı
“Telekom” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, gənc və perspektivli voleybolçularla işləməyə üstünlük verən Bakı təmsilçisi bu dəfə Dominikan Respublikası millisinin daha bir liberosunu Azərbaycan gətirib.
Belə ki, “Telekom” mərkəzi amerikalı Vinnifer Fernandezi rənglərinə bağlayıb. 18 yaşı olmasına baxmayaraq, ölkəsinin müxtəlif millilərində 60 qarşılaşmaya çıxan voleybolçu təmsilçimizə yerli “Junior NT” klubundan gəlib. 169 sm boya malik Fernandez burada az öncə komandadan kənarlaşdırılan Arina Baxramovanı əvəzləyəcək.
Qeyd edək ki, Dominikan Respublikası yığmasının əsas liberosu Brenda Kastillo da “Rabitə”də oynayır.
banner

Oxşar Xəbərlər