• cümə, 19 Aprel, 13:15
  • Baku Bakı 25°C

Azərbaycan klubu Türkiyədə ilk məşqinə çıxıb

07.01.14 08:39 1115
Azərbaycan klubu Türkiyədə ilk məşqinə çıxıb
2013-2014 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirəcək "Qəbələ" bu gün qonşu ölkədə ilk məşqinə çıxıb.
Kaspi.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yuri Syominin başçılığı altında baş tutan məşqə yeni transferlər - Ruslan Tağızadə və Rafael Santosla yanaşı uzun zamandır zədə üzündən yaşıl meydanlardan uzaq düşən Rail Məlikov da qatılıblar.
Əməliyyatdan sonra bərpa prosesi keçən Sadiq Quliyev isə komandadan ayrı çalışıb. Onun bir həftə sonra kollektivlə birlikdə hazırlıqlara qatılacağı gözlənilir.
Günü iki məşqlə qapayan komanda günün birinci yarısında əsasən topsuz çalışmalara üstünlük verib. İkinci məşqdə isə toplu çalışmalar üstünlük təşkil edib.
Günə ikitərəfli oyunla yekun vurulub.
banner

Oxşar Xəbərlər