• şənbə, 20 Aprel, 12:07
  • Baku Bakı 23°C

Azərbaycan klubu braziliyalı rəqibini məğlub etdi

20.01.14 08:56 1288
Azərbaycan klubu braziliyalı rəqibini məğlub etdi
Mövsümün ikinci yarısına hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Rəvan” qonşu ölkədə olduğu 6-cı gündə ilk yoxlama oyununu keçirdib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Miracle” mehmanxanasının idman kompleksində Braziliyanın “Uniao” klubu ilə qarşılaşan Bakı təmsilçisi əzmkar qələbə qazanıb.
Belə ki, ilk yarı bərabər mübarizə şəraitində keçib. Düzdür, real qol vəziyyətlərinə görə rəqib üstün olub. Həmin epizodlarda da Lukaş Sapela 2 dəfə inamlı qurtarışları ilə yadda qalıb.
Komandada baxışda olan 5 futbolçunun hamısının meydana çıxması anlaşma səviyyəsini aşağı salıb. Fasilədən sonra da azarkeşlər sərt və gərgin oyunun şahidi olub. Hesabı isə rəqib açıb. Bununla belə, 69-cu dəqiqədə qol buraxan “Rəvan” 10 dəqiqəyə görüşdə dönüş yarada bilib. Əvvəlcə 75-ci dəqiqədə cərimə meydançasında əllə oyuna görə Ömər Paşayevin tam haqlı olaraq təyin etdiyi penaltini Kamil Nurəhmədov qola çevirib. 2 dəqiqə sonra isə Ceyhun Cavadov uzaqdan baxımlı qola imza atıb.
“Rəvan” – “Uniao” (Braziliya) – 2:1
Start heyət: Lukaş Sapela – Novruz Məmmədov (k), Aqil Nəbiyev, Mitya Moriç, Julio Sezar, Miloş Adamoviç, Mişel Balokoq, Tiaqo Mirasema, İvan Parlov, Mozes Lamidi, Xuan Manuel Varea.
Sonradan meydana daxil olanlar: Kamal Bayramov, Cəmşid Məhərrəmov, İvan Pexa, Hüseyn Axundov, Yamin Ağakərimzadə, Ceyhun Cavadov, Elvin Həsənəliyev, Kamil Nurəhmədov, Ayaz Mehdiyev, Orxan Lalayev.
Qeyd edək ki, “Rəvan”ın növbəti yoxlama oyunu yanvarın 22-də Rumıniya 1-ci divizion təmsilçisi “Universitatya Krayova” ilə olacaq. Komanda daha öncə isə Bakı toplanışı çərçivəsində “Sumqayıt” (0:0) və “Araz Naxçıvan”la (1:0) qarşılaşmışdı.
banner

Oxşar Xəbərlər