• şənbə, 20 Aprel, 14:48
  • Baku Bakı 23°C

Azərbaycan klublarının Avroliqadakı rəqibləri müəyyənləşdi

24.06.13 14:41 1453
Azərbaycan klublarının Avroliqadakı rəqibləri müəyyənləşdi
Azərbaycan klublarının futbol üzrə Avropa Liqasında I təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib. Lent.az-ın məlumatına görə, əvvəlcə “Qarabağ”ın rəqibi müəyyənləşib.
Bu, Makedoniyanın “Metallurq” klubu olub. Skopye şəhərini təmsil edən rəqib 2010-2011-ci il mövsümündə də Avroliqanın I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olub. Həmin vaxt Ağdam təmsilçisi iki oyunun nəticəsində 4:1 və 1:1 hesablı üstünlüklə mərhələ adlayıb.
Ardından “Xəzər Lənkəran” Maltanın “Slima”, “İnter” isə Finlandiyanın “Mariehamn” komandalarına rəqib olub.
İlk oyunlar iyulun 4-də, cavab görüşləri bundan 1 həftə sonra olacaq.
banner

Oxşar Xəbərlər