Azərbaycan klubları duelə çıxır

Azərbaycan klubları duelə çıxır

İdman
04 Aprel 2013, 12:45 1177
Apasport.az saytının məlumatına görə, Voleybol Mərkəzində keçiriləcək III dövrənin son turuna “Azərreyl” – “Rabitə” derbisi əlavə rəng qatacaq.

İlk 2 dövrədəki duellərdə hər komanda 1 qələbə qazandığından bu matç daha maraqlı alınacaq. Bu dəfə görüşün qalibinin tay-brekdə müəyyənləşməsi istisna deyil.

Bu oyundan sonra start götürəcək “İqtisadçı” – “Lokomotiv” matçı da böyük maraq doğurur. “Dəmiryolçular” yenə uduzarlarsa, mükafatçılar sırasına düşmək şanslarını daha çətinə salacaqlar.

Günün ilk matçında isə autsayderlər - “Lokomotiv Biləcəri” “Telekom”la üz-üzə gələcək. Görüşdə yenə dübütantın qalib gələcəyi proqnozlaşdırılır.

4 aprel
XIX tur

15:00. “LOKOMOTİV BİLƏCƏRİ” – “TELEKOM”
İlk oyun: “Lokomotiv Biləcəri” - “Telekom” - 0:3 (21:25, 20:25, 21:25)
İkinci oyun: “Telekom” – “Lokomotiv Biləcəri” - 3:0 (25:19, 25:19, 25:12)

17:00. “AZƏRREYL” – “RABİTƏ”
İlk oyun: “Azərreyl” - “Rabitə” - 3:1 (25:21, 21:25, 25:19, 25:23)
İkinci oyun: “Rabitə” – “Azərreyl” - 3:0 (25:20, 25:22, 25:22)

19:00. “İQTİSADÇI” – “LOKOMOTİV”
İlk oyun: “İqtisadçı” - “Lokomotiv” - 3:1 (25:22, 17:25, 25:10, 25:20)
İkinci oyun: “Lokomotiv” – “İqtisadçı” - 2:3 (25:22, 25:18, 19:25, 19:25, 11:15)