AZE | RUS | ENG |

Azərbaycan klubları Avropa Liqasında mübarizəni dayandırıb

Azərbaycan klubları Avropa Liqasında mübarizəni dayandırıb
Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulub.
 
Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində baş tutan qarşılaşmalarda üç Azərbaycan klubu da meydana çıxıb. Öncə Bakıdakı matç start götürüb. "Keşlə” öz meydanında "Baltsan”ı qəbul edib. Bakılılar 1:4 hesablı səfər məğlubiyyətinin əvəzini 2:1-lə çıxsa da, bu, mərhələ keçmək üçün yetərli olmayıb.
 
 "Qəbələ” Lüksemburqda "Proqres”lə görüşüb. Əyalət təmsilçisi evdəki 0:2 hesablı yenilginin revanşını tək qolla alıb. Amma Stiv Monrozun vurduğu qol turu keçməyə kifayət etməyib. "Neftçi” isə Macarıstanda "Uypeşt”in qonağı olub. Bakılılar 3:1 hesablı qələbədən sonra səfərə üstün yollansa da, meydan sahibləri paytaxt təmsilçisini şoka salıb. Roberto Bordnin komandası 0:4 hesablı darmadağınla Budapeştdən boynubükük dönür.
 
Avropa Liqası
 
I təsnifat mərhələsi
 
Cavab oyunları
 
19 iyul
 
"Uypeşt” (Macarıstan) – "Neftçi” (Azərbaycan) - 4:0
 
Qollar: Litauski, 19, Sankoviç, 21, Zoster, 50, Obinna Nvobodo, 65
 
İlk oyun – 1:3
 
 
"Proqres” (Lüksemburq) – "Qəbələ” (Azərbaycan) - 0:1
Qol: Monroz, 28
 
İlk oyun – 2:0
 
 
"Keşlə” (Azərbaycan) – "Baltsan” (Malta) - 2:1
Qollar: Sezar Meza Kolli, 11, Slavik Alxasov, 90+1 - Maydevaç, 90+6
 
İlk oyun – 1:4





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000