“Azərbaycan klassiklərinə” yeni nəfəs verildi
TEAS Press Nəşriyyat evinin "3
alma” əmtəə nişanı ilə nəşr olunan kitablar siyahısına yeni və ən dəyərli olan
"Azərbaycan klassikləri” seriyası əlavə edildi. Bu seriyaya daxil olan kitablara
Azərbaycanın ən görkəmli yazar və şairlərindən olan Nizami Gəncəvi, Seyid Əzim
Şirvani, Mirzə Ələkbər Sabir, Rəşid bəy Əfəndizadə, Abdulla Şaiq, Abbas Səhhət,
Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Cəfər
Cabbarlı, Mikayıl Müşfiq, Səməd Vurğun, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə,
Əzizə Cəfərzadə, Xanimana Əlibəyli, Hikmət Ziya, Teymur Elçin, Tofiq Mahmud,
Məmmədhüseyn Təhmasibin uşaqlar üçün yazdığı hekayələri, şeirləri, xatirələri
daxildir.
"Azərbaycan klassikləri” seriyasına
ölkəmizin ədiblərinin orta məktəb dərsliklərində adı çəkilən və ya ixtisarla
tədris olunan əksər əsərləri daxildir.
Seriyanın kitabları yeni
tərtibatda hazırlanıb. Peşəkar rəssamlar tərəfindən çəkilmiş illüstrasiyalar bu
kitablara fərqli rəng qatır. Hələlik 20-yə yaxın müəllifin əsərlərini əhatə
edən bu seriya yaxın zamanda işıq üzü görəcək. TEAS
Press Nəşriyyat evi "3 alma” əmtəə nişanı ilə azyaşlı uşaqlar, yeniyetmə və
gənclər, eləcə də müəllim və valideynlər üçün bədii və elmi-kütləvi kitablar
nəşr edir.
Nəşriyyatın
məqsədi mütaliəni əyləncəli prosesə keçirmək, uşaqları maariflənməyə və kitab
oxumağa həvəsləndirmək, hələ kiçik yaşlardan oxucu auditoriyası qazanmaqdır.