AZE | RUS | ENG |

“Azərbaycan klassiklərinə” yeni nəfəs verildi

“Azərbaycan klassiklərinə” yeni nəfəs verildi
TEAS Press Nəşriyyat evinin "3 alma” əmtəə nişanı ilə nəşr olunan kitablar siyahısına yeni və ən dəyərli olan "Azərbaycan klassikləri” seriyası əlavə edildi. Bu seriyaya daxil olan kitablara Azərbaycanın ən görkəmli yazar və şairlərindən olan Nizami Gəncəvi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Rəşid bəy Əfəndizadə, Abdulla Şaiq, Abbas Səhhət, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Səməd Vurğun, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Əzizə Cəfərzadə, Xanimana Əlibəyli, Hikmət Ziya, Teymur Elçin, Tofiq Mahmud, Məmmədhüseyn Təhmasibin uşaqlar üçün yazdığı hekayələri, şeirləri, xatirələri daxildir. 
 
"Azərbaycan klassikləri” seriyasına ölkəmizin ədiblərinin orta məktəb dərsliklərində adı çəkilən və ya ixtisarla tədris olunan əksər əsərləri daxildir.   
Seriyanın kitabları yeni tərtibatda hazırlanıb. Peşəkar rəssamlar tərəfindən çəkilmiş illüstrasiyalar bu kitablara fərqli rəng qatır. Hələlik 20-yə yaxın müəllifin əsərlərini əhatə edən bu seriya yaxın zamanda işıq üzü görəcək.
 
TEAS Press Nəşriyyat evi "3 alma” əmtəə nişanı ilə azyaşlı uşaqlar, yeniyetmə və gənclər, eləcə də müəllim və valideynlər üçün bədii və elmi-kütləvi kitablar nəşr edir.
 
Nəşriyyatın məqsədi mütaliəni əyləncəli prosesə keçirmək, uşaqları maariflənməyə və kitab oxumağa həvəsləndirmək, hələ kiçik yaşlardan oxucu auditoriyası qazanmaqdır. 
 

                       
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2354
TRY 1 Türk lirəsi 0.2664
KWD 1 Küveyt dinarı 5.6142
SEK 1 İsveç kronu 0.1909
EUR 1 Avro 1.9848
CHF 1 İsveçrə frankı 1.7632
USD 1 ABŞ dolları 1.7000