Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır

Azərbaycan kinosunun inkişafına ayrılan vəsait 5 dəfə artırılır

Mədəniyyət
19 Oktyabr 2019, 11:06 152
Azərbaycanda kinonun inkişafı ilə bağlı dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin həcmi 5 dəfə artırılır.
Trend-in məlumatına görə, bu, Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində öz əksini tapıb.
Bu layihələrə əsasən, 2020-ci il dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahələrinə aid olan digər müəssisə və tədbirlərə ayrılmış xərclərin tərkib hissəsi olmaqla, Azərbaycan kinosunun inkişafı ilə bağlı xərclərə 7,5 milyon manat vəsait ayrılır. Bu vəsait 2019-cu illə müqayisədə 6 milyon manat və ya 5 dəfə çoxdur.
Bununla yanaşı, Azərbaycanın mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədilə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılması ilə bağlı xərclərə 6,4 milyon manat vəsait yönəldiləcək.