• cümə axşamı, 28 mart, 15:14
  • Baku Bakı 16°C

Azərbaycan kinosunun Cahandar ağası vəfat edib

14.07.14 08:22 1241
Azərbaycan kinosunun Cahandar ağası vəfat edib
Məşhur "Dəli Kür" filmində "Cahandar ağa" obrazını canlandıran aktyor Ələddin Abbasov iyulun 13-də günorta saatlarında 92 yaşında vəfat edib.
Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov bildirib ki, son vaxtlar aktyorun səhhətində problemlər yaranıb, yeriyə bilmirdi.
Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncədə anadan olub.
O, 1958-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1971-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunub.
Aktyor “Dəli Kür” (Cahandar ağa), "Mən ki, gözəl deyildim" (İmran), "Özgə ömrü" (Ata), "Qatır Məmməd" (Məşədi Göyüş) və s. bədii filmlərə çəkilib, teatr səhnəsində yaddaqalan rollar oynayıb./apa/
banner

Oxşar Xəbərlər