• çərşənbə axşamı, 23 aprel, 11:04
  • Baku Bakı 20°C

“Azərbaycan kimi zəif komandalara qarşı oynamamışam”

11.09.13 11:58 1209
“Azərbaycan kimi zəif komandalara qarşı oynamamışam”
Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsinin Şimali İrlandiyaya qarşı oyununda Ronaldo het-trik etməklə millidə vurduğu qolların sayını 43-ə çatdırıb.
Bununla da o, Eysebionu (41 qol) geridə qoyaraq millinin ən yaxşı bombardiri olub. Eysebio isə qeyd edib ki, o, millidə Ronaldodan az oyun keçirib. Bu zaman əfsanəvi futbolçu Azərbaycan milli komandasının da adını çəkib. Əvsanəvi futbolçu bildirib ki, Ronaldadon fərqli olaraq, o, Azərbaycan və ya Lixtenşteyn kimi zəif komandalara qarşı oynamayıb:
“Mən millidə 60 oyuna 41 qol vurmuşam. Kristiano isə 100-dən çox matçda 43 dəfə fərqlənib. Bundan başqa, mən Lixtenşteyn və Azərbaycan kimi komandalarla oyunlara çıxmamışam. Buna görə də, insanlar ciddi şəkildə məni Ronaldo ilə müqayisə edəndə çox məyus oluram. Bunlar tamamilə fərqli şeylərdir”.
banner

Oxşar Xəbərlər