• cümə axşamı, 18 aprel, 16:58
  • Baku Bakı 22°C

Azərbaycan kanallarının «Türksat»dan yayımı dayandırılır

25.06.13 14:21 1625
Azərbaycan kanallarının «Türksat»dan yayımı dayandırılır
Azərbaycan paketinə daxil olan televiziya və radio kanalları «Azerspace-1 / Africasat-1a, 460 E» peykinə keçirilib.
«APA-Economics»in «Teleradio» İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, hazırda paketə daxil olan TV və radio kanallar («AzTV», «İdman Azərbaycan», «Mədəniyyət TV», «İctimai TV», «ATV Int.», «Xəzər TV», «Azad Azərbaycan TV») «Azerspace 1 / Africasat 1a» peykindən yayımlanır (qəbul tezliyi – 11169.15 MHs, H, S/R-20400 Mb/s).
Azərbaycan paketinin «Türksat 3A» peykindən mövcud yayımı iyulun 1-dən etibarən dayandırılacaq.
banner

Oxşar Xəbərlər