• çərşənbə, 24 Aprel, 21:41
  • Baku Bakı 23°C

Azərbaycan-İtaliya hökumətlərarası komissiyasının iclası başlayıb

16.12.13 10:06 1328
Azərbaycan-İtaliya hökumətlərarası komissiyasının iclası başlayıb
Bu gün Bakıda Azərbaycan-İtaliya hökumətlərarası komissiyasının iclası işə başlayıb.

«APA-Economics»in məlumatına görə, Azərbaycanın energetika naziri, komissiyanın həmsədri Natiq Əliyev bildirib ki, son illər İtaliyanın Azərbaycana marağı artıb. Onun sözlərinə görə, bu gün dünyada tanınmış İtaliya şirkətləri Azərbaycanda fəaliyyət göstərir.
Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov isə qeyd edib ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır: «Azərbaycan da ikitərəfli tərəfdaşlığın inkişafında maraqlıdır və bunun üçün əlindən gələni edəcək».
Tədbirdə iştirak edən Komissiyanın qarşı tərəfdən olan həmsədri, İtaliyanın xarici işlər nazirinin müavini xanım Marta Dassu bildirib ki, İtaliya Azərbaycanla maliyyə əməkdaşlığını inkişaf etdirmək niyyətindədir. Onun sözlərinə görə, iki ölkə arasında kiçik biznes sahəsində olan əlaqələrinin genişləndirilməsi vacibdir: «İtaliya şirkətlərinin digər ölkələrdə fəaliyyətini tənzimləmək və daha da inkişaf etdirmək üçün İtaliya Maliyyə Nazirliyinin nəzdində xüsusi agentlik yaradılıb. Agentlik tərəfindən bu şirkətlərə maliyyə dəstəyinin göstərilməsi üçün 350 mlrd. avro həcmində büdcə ayrılıb. Düşünürük ki, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün birgə internet sayt yaradılmalıdır».
N.Əliyev bu təşəbbüsü bəyənib və məsələnin iclasın yekun protokoluna daxil edilməsini məsləhət görüb.
Hazırda iclas KİV üçün qapalı şəkildə davam edir.
banner

Oxşar Xəbərlər