AZE | RUS | ENG |

Azərbaycan İslam mədəniyyətinin qorunmasında fundamental rol oynayıb

Azərbaycan İslam mədəniyyətinin qorunmasında fundamental rol oynayıb
Azərbaycan İslam mədəniyyətinin, etnik irsin və yerli memarlığın qorunmasında fundamental rol oynayıb.

Trend-in məlumatına görə, bunu qlobal siyasət və trans-Atlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teysin "Eurasia Review” nəşrindəki məqaləsində yazılıb.

Müəllif qeyd edib ki, gözəl landşaftlar, heyrətamiz mədəni irs obyektləri və unikal İslam mədəniyyəti obyektləri Azərbaycanın bütün iri şəhər və rayonlarında əsas diqqətəlayiq yerlərdir.

Amerikalı ekspert öz məqaləsində əsasən Qazax və Naxçıvan Muxtar Respublikasının xüsusiyyətlərindən danışır:

"Qazax Norveç və Danimarka kral saraylarını bəzəyən xalçaları ilə məşhurdur. Qazax xalçaları həmçinin Amerika, Avropa və Asiyanın muzeylərində, o cümlədən Ermitaj, Metropoliten muzeyi (Nyu York), Berlin muzeyi, Budapeşt muzeylərində sərgilənir”.

Daha sonra məqalədə Naxçıvandan danışan P.Teys bildirib ki, bu bölgədə onu və həmkarlarını Əlincə qalası, Nuhun türbəsi, İlandağ və digər diqqətəlayiq yerlər heyrətləndirib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.935
GEL 1 1 Gürcüstan larisi 0.6371
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1877
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1888
CHF 1 1 İsveçrə frankı 1.714
KWD 1 1 Küveyt dinarı 5.6061
TRY 1 1 Türkiyə lirəsi 0.3174