• çərşənbə axşamı, 23 aprel, 21:15
  • Baku Bakı 20°C

Azərbaycan İslam Ərzaq Təhlükəsizliyi Fonduna üzv olacaq?

24.06.13 09:45 2129
Azərbaycan İslam Ərzaq Təhlükəsizliyi Fonduna üzv olacaq?
IDC-nin MDB və Avropa üzrə Biznes inkişafı və əməkdaşlıq Departamentinin regional meneceri Samir Tağıyev «APA-Economics»ə açıqlamasında bildirib ki, bununla bağlı ARDNF ilə aparılan müzakirələr təqribən bir il əvvəl başlanıb. S.Tağıyevin sözlərinə görə, Neft Fondunun yeni yaradılan fonda üzvlüyü fondun işə düşməsindən sonrakı mərhələlərdə baş tuta bilər.
Qeyd edək ki, kapitalı 500 mln. dollar həcmində nəzərdə tutulan İslam Ölkələrinin Ərzaq Təhlükəsizliyi Fondu kənd təsərrüfatı sahəsində iri layihələrin maliyyələşdirilməsi ilə məşğul olacaq. Amma maliyyələşdirmə forması kreditlərin verilməsi kimi deyil, layihələrdə payçı kimi iştirak etməklə həyata keçiriləcək. Ərzaq Təhlükəsizliyi Fonduna qatılmaq üçün minimum yatırım 10 mln. dollar təşkil etməlidir. İslam ölkələri yeni fonda maraq göstərir – artıq Səudiyyə Ərəbistanı burada üzvlük üçün 150 mln. dollar ayıracağını təsdiqləyib. Qətərin isə 100-150 mln. dollar ödəyəcəyi gözlənilir.
S.Tağıyev bildirib ki, yeni yaradılacaq fond Azərbaycanda həyata keçirilən iri fermer təsərrüfatlarının yaradılması layihəsinin maliyyələşdirilməsində də iştirak edə, yəni bu layihələrdə payçı ola bilər: «Məsələn, hər hansı iri fermer təşkilatı bizə pay satmaq istəsə, biz oradan pay alıb, onların daha da inkişaf etdirilməsinə kömək edə bilərik».
banner

Oxşar Xəbərlər