• cümə, 29 Mart, 01:38
  • Baku Bakı 7°C

“Azərbaycan iri nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də iştirakçısıdır”

09.05.18 15:00 640
“Azərbaycan iri nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də iştirakçısıdır”
"Bu gün Azərbaycan iri nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də iştirakçısıdır”.
"APA-Economics" xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakıda "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin təşkilatçılığı və Beynəlxalq Limanlar Assosiasiyasının (International Association of Ports and Harbors - IAPH) dəstəyi ilə keçirilən "Gələcəyin Limanları: Qovşaqların Yaradılması, Bağlılığın Sürətləndirilməsi” adlı konfransda bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanda nəqliyyat sahəsində islahatlar aparılır. "Ələt Azad İqtisadi Zonası Azərbaycanı regionun nəqliyyat və logistika mərkəzinə çevrilməsinə xidmət edir. Bu zona yeni Bakı limanının Avropa, yaxın Şərq, Orta Asiya, Türkiyə, Çin, Rusiya, İran kimi dövlətlər üçün rolunu artırır. Regional layihə kimi yeni limanın əhəmiyyətini artıracaq digər layihəBakı-Tbilisi-Qarsdəmir yolu layihəsidir. Bu layihə və yeni liman kompleksi yüklərin Mərkəzi Çin və Asiyadan Avropaya çatdırılması üçün əlverişli şərait yaradacaq. Artıq Trans-Xəzər beynəlxalq marşrutu üzrə blok-konteyner qatarların hərəkəti təşkil olunub. Şimal-Cənub nəqliyyat dəhlizi üzrə İran və Azərbaycan çatışmayan seqmentlərin tikilməsi barədə müvafiq sazişlər imzalanıb. Bu işlər tamamlandıqdan sonra yüklərin Hind okeanı hövzəsindən birbaşa Şimali Avropa eləcə də,Bakı-Tbilisi-Qarsdəmir yolu xətti vasitəsilə Türkiyə ərazisindən keçməklə Şərqi və Mərkəzi Avropa, eləcə də yeni liman üzərindən Bərə keçid vasitəsilə Mərkəzi Asiyaya hərəkət mümkün olacaq",- deyə nazir əlavə edib.
Nazir onu da vurğulayıb ki, yeni liman Xəzəryanı ölkələr arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
banner

Oxşar Xəbərlər