Azərbaycan iranlı musiqiçinin Qarabağdakı konserti ilə bağlı etiraz məktubu göndərib
Mədəniyyət və turizm naziriƏbülfəs Qarayeviranlı musiqiçi Meysam Hodratın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəkonsert verməsinə münasibət bildirib.
APA-nın məlumatına görə, nazir deyibki, bununla bağlı müvafiq dövlət orqanları adından etiraz məktub ünvanlanıb: "Müvafiq dövlət orqanları adından etirazlarımıızı bildirmişik. Bu gün İranın müvafiq dövlət orqanlarına və Xarici İşlər Nazirliyinə ünvanlanmış məktubu imzalamışam".
Qeyd edək ki, martın 27-də iranlı musiqiçi Meysam Hodrat Azərbaycan işğal alltında olanDağlıq Qarabağərazisində konsert verib. Konsertdə onunla bərabər İrandan gələn fleytaçı, Meysam Hodratın erməni həmkarı Artaşes Qriqoryan və pinoçu Marina Barxudaryan da iştirak edib.