• cümə axşamı, 18 aprel, 14:52
  • Baku Bakı 22°C

Azərbaycan İrana separatçı rejimin olimpiadada təmsil olunması ilə bağlı narazılığını bildirəcək

16.09.16 12:26 776
Azərbaycan İrana separatçı rejimin olimpiadada təmsil olunması ilə bağlı narazılığını bildirəcək
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İranın paytaxtı Tehranda yerləşən "Ararat" klubunda 48-ci erməni olimpiadasında separatçı Dağlıq Qarabağ rejiminin də təmsil olunmasına münasibət bildirib.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bu barədə məlumatı var: "Azərbaycanın İrandakı səfirliyi məsələ ilə əlaqədar Azərbaycanın mövqeyini İranın müqabil dövlət orqanlarına çatdırmaqdadır.
Bildirmək istərdik ki, İran islam Respublikası həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin də BMT TŞ-nin qətnamələrinə uyğun olaraq həllini dəstəkləyib".
banner

Oxşar Xəbərlər