• cümə axşamı, 25 aprel, 03:39
  • Baku Bakı 19°C

Azərbaycan-İran müştərək müdafiə komissiyası yaradılır

21.04.15 11:45 1091
Azərbaycan-İran müştərək müdafiə komissiyası yaradılır
APA-nın məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin İranın müdafiə naziri Hüseyn Dehqanın Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib.
Səfir bildirib ki, bu komissiyaya Azərbaycanın və İranın müdafiə nazirlərinin rəhbərlik etməsi qərarı alınıb: “İki ölkə Müdafiə nazirlikləri arasında müzakirələr bu komissiya çərçivəsində aparılacaq və təkliflər irəli sürüləcək. Komissiya təhlükəsizlik məsələləri, regionun təhlükəsizliyi və sair istiqamətdə fəaliyyət göstərəcək”.
Diplomat qeyd edib ki, İranın müdafiə nazirinin Azərbaycanda keçirdiyi görüşlərdə ikinci əsas mövzu regional məsələlər olub: “Dünyada və regionda bəzi məsələlər var ki, bizim ölkələrimizə də təsir edir. Xüsusi olaraq bölgəni və ölkələri təhdid edən “İŞİD” qruplaşması, “Əl-Qaidə” ilə bağlı məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, dini radikalizm sahəsində birgə addım atılsın və lazımi tədbirlər həyata keçirilsin”.
Xatırladaq ki, müdafiə naziri Zakir Həsənovun dəvəti ilə Azərbaycana səfər edən İranın müdafiə nazirini prezident İlham Əliyev qəbul edilib. H. Dehqan müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi naziri Yavər Camalovla da görüşüb.
banner

Oxşar Xəbərlər