AZE | RUS | ENG |


Azərbaycan, İran, Gürcüstan, Ukrayna və Polşa yeni logistika məhsulu yaradır

Azərbaycan, İran, Gürcüstan, Ukrayna və Polşa yeni logistika məhsulu yaradır
"Cənub-Qərb” dəhlizi layihəsi üzrə Azərbaycan, İran, Gürcüstan, Ukrayna və Polşanın birgə işinin məqsədi yeni cəlbedici logistika məhsulunun yaradılmasıdır.

Trend-in məlumatına görə, bunu Bakıda beş ölkənin dəmir yolu qurumlarının rəhbərlərinin görüşündə "Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, bu dəhlizə Hindistan, Pakistan, Cənub-Şərqi Asiya və Fars körfəzi regionları daxil olacaq.

C.Qurbanov qeyd edib ki, bu marşrut boyunca əsas məntəqələr Hindistanda Mumbay, İranda Bəndər-Abbas, Azərbaycanda Astara, Gürcüstanda Poti və Batumi, Ukraynada Çernomorsk və İzov, Polşada Slavkov olacaq: "Dəhlizin ümumi uzunluğu 7 654 kilometrdir. Hindistandan Avropaya illik yük daşıma həcmi 72 milyon ton təşkil edir. Dəniz yolu ilə bu məsafə 40 günə bərabərdir, amma "Cənub-Qərb” dəhlizi vasitəsilə bu müddət 15 gün təşkil edəcək”.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008