AZE | RUS | ENG |

Azərbaycan - İran avtomobil zavodunun ixraca başlama vaxtı

Azərbaycan - İran avtomobil zavodunun ixraca başlama vaxtı
Azərbaycan-İran avtomobil zavodu "Xəzər” gələn ildən Rusiya və digər ölkələrə avtomobil ixracına başlamağı planlaşdırır.

Bu barədə Trend-ə zavodun sahiblərindən biri olan "AzərMaş” şirkətinindən bildiriblər.

Şirkətdə qeyd ediblər ki, hal-hazırda bu ölkələrin bazarlarına avtomobil tədarükü üzrə fəal danışıqlar aparılır: "Ümumilikdə, istehsal olunan avtomobillərin 20 faizini xarici bazarlara tədarük etmək planlaşdırılır. Hal-hazırda zavodda "Khazar LD” və "Khazar SD” modelləri istehsal olunur”.

Həmçinin bildirilib ki, yaxın perspektivdə qiyməti 18-21 min manat olacaq "Renault” və Peugeot” brendləri altında avtomobil istehsalının təşkil olunması planlaşdırılır: "Zavodda bu gün istehsal olunan avtomobillərin dəyəri 14-16 min manatdır”.

Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın "Iran Khodro" və Azərbaycanın "Azeurocar" şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıblar. Layihənin ümumi dəyəri 24 milyon manat qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək. Zavodun illik istehsal gücü gələcəkdə 10 min avtomobil təşkil edəcək.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6489
GBP 1 İngilis funt sterlinqi 2.2562
TRY 1 Türk lirəsi 0.2727
KWD 1 Küveyt dinarı 5.6171
SEK 1 İsveç kronu 0.1937
EUR 1 Avro 2.0024
CHF 1 İsveçrə frankı 1.7728
USD 1 ABŞ dolları 1.7000