• cümə axşamı, 28 mart, 23:19
  • Baku Bakı 13°C

"Azərbaycan iqtisadiyyatı bu il 2,6% geriləyəcək"

22.06.20 13:45 649
"Azərbaycan iqtisadiyyatı bu il 2,6% geriləyəcək"
"Bu il Azərbaycan iqtisadiyyatı 2,6% geriləyəcək ki, bu, dünya iqtisadiyyatı və Yaxın Şərq və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin iqtisadiyyatlarının geriləməsi ilə müqayisədə daha azdır".
"APA-Economics"in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Azərbaycan iqtisadiyyatı: pandemiya və postpandemiya dövründə" mövzusunda keçirilən onlayn görüşdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan pandemiyanın iqtisadiyyata təsirləri nöqteyi-nəzərdən daha əlverişli vəziyyətdədir: "Amma bütün hallarda pandemiyanın iqtisadiyyata təsiri qaçılmazdır və bunu hər birimiz həyatımızda hiss edirik. Azərbaycanda pandemiya ilə mübarizə sahəsində tədbirlər planı qəbul edilib və bu tədbirlər planının əsas bloku, ilk növbədə, pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirlərini minimuma endirməkdən ibarətdir".
V. Qasımlı həmçinin xatırladıb ki, pandemiya dövründə dövlət sektorunda çalışan 900 mindən çox insanın əməkhaqqı ödənilir: "Baxmayaraq ki, qapanma və sosial izolyasiya şəraitində bu insanlar bəzən işə çıxmır, karantin qaydalarını əməl edir. Eyni zamanda 300 min mikro-sahibkara dəstək verildi. 600 min özəl sektorda çalışan muzdlu işçinin də pandemiya şəraitində qorunması diqqət mərkəzindədir ki, onların da 300 mininə kompensasiyaların verilməsi üçün dövlət tərəfindən dəstək verilib".
banner

Oxşar Xəbərlər