AZE | RUS | ENG |

Azərbaycan iqtisadiyyatı 1,1% artıb

Azərbaycan iqtisadiyyatı 1,1% artıb
Bu ilin yanvar-may aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1% artaraq 29294,0 mln. manata çatıb.
 
Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib. Nəqliyyat və anbar təsərrüfatı sahələrində əlavə dəyər istehsalı 8,9%, informasiya və rabitə sahələrində 6,3%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 6,8%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 8,6%, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 2,4%, sənaye, həmçinin digər xidmət sahələrində 0,9% artıb, tikintidə isə 11,2% azalıb.
 
İqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 7,6% artıb, neft sektorunda isə 0,3% azalıb.
 
ÜDM istehsalının 48,8%-i sənayedə, 9,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1%-i nəqliyyat və anbar təsərrüfatı sahələrində, 6,7%-i tikintidə, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrində, 13,8%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7%-ni təşkil edib.
 
Əhalinin hər nəfərinə düşən ÜDM 2991,1 manata bərabər olub





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6589
GBP 1 İngilis funt sterlinqi 2.1630
TRY 1 Türk lirəsi 0.2909
KWD 1 Küveyt dinarı 5.5997
SEK 1 İsveç kronu 0.1849
EUR 1 Avro 1.9343
CHF 1 İsveçrə frankı 1.7053
USD 1 ABŞ dolları 1.7000