• şənbə, 20 Aprel, 18:23
  • Baku Bakı 24°C

Azərbaycan insan alverinə qarşı mübarizədə irəlidədir

24.06.14 17:27 1084
Azərbaycan insan alverinə qarşı mübarizədə irəlidədir
İyunun 20-də ABŞ Dövlət Departamenti insan alverinə qarşı mübarizəyə dair növbəti illik hesabatını açıqlayıb. Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hesabatda ümumilikdə 4 pillədən ibarət siyahı üzrə 187 ölkə sıralanmışdır. Birinci siyahıda 31, ikinci siyahıda 89, 2 nəzarət siyahısında 44 və üçüncü siyahıda isə 23 ölkə qərarlaşıb.
Azərbaycan ötən il olduğu kimi bu il də 2-ci sıra ölkələr siyahısında yer alıb.
Həmin siyahıda postsovet məkanından Gürcüstan, Estoniya, Latviya, Litva, Moldova, Qazaxıstan, Qırğızıstan və Tacikistan, qonşu ölkələrdən isə Türkiyə qərarlaşıb.
Hesabatda ölkəmizin hüquq-mühafizə tədbirlərini artırmaqla ötən dövrdə məcburi əmək xarakterli insan alverinə qarşı mübarizə ilə bağlı qanunvericiliyin sərtləşdirilməsi istiqamətində tədbirləri artırdığı qeyd edilib.
Hesabatda insan alverinə qarşı profilaktik tədbirlər sahəsində irəliləyişin davam etdirildiyi, dövlətin həyata keçirdiyi maarifləndirmə kampaniyalarının əksər hissəsinin insan alveri qurbanlarına yönəldiyi göstərilir.
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi 44 şəhərdə maarifləndirmə kampaniyası həyata keçirib, bu mövzu ilə bağlı poster və videolar paylaşıb və qaynar xətt xidməti yaradılıb.
Ötən il həyаtа kеçirilmiş əməliyyаt-ахtаrış tədbirləri nəticəsində 17 cinayət işi üzrə 80 insаn аlvеri, 4 cinayət işi üzrə 4 məcburi əmək cinayət faktı qeydə alınıb. İnsan alveri cinayətləri törətdiklərinə görə 17 şəxs (14 qadın, 3 kişi) cinayət məsuliyyətinə cəlb edilib və insan alveri qurbanı olan 56 nəfər (41-i qadın, 15-i kişi) müəyyən edilib.
Hesabat dövründə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışa elan olunmuş 17 insan alverçisindən 5-i tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib.
banner

Oxşar Xəbərlər